11 mart 2024 at 10:26
Jurnalist kodu: 5487
Xəbər kodu: 85414930
T T
0 Persons

Tags

Qəzzada tibb işçiləri iftarsız və obaşdanlıqsız - Aclıqdan uşaqların ölməsi

Tehran – İRNA - Xəbər mənbələri Qəzzada tibb və müalicə heyətinin yeməksiz işləməyə davam etdiyini və Ramazan ayına çox çətin şəraitdə, iftarsız və obaşdanlıqsız başladıqlarını bildirib.

Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qədərə deyib: “Tibb işçiləri Qəzzanın şimalında gecə-gündüz işləyirlər və yeməyə heç nələri yoxdur.”

O, vurğulayıb: “Tibb işçiləri yemək yemədikləri üçün çox zəifləyiblər.”

Əl-Qədərə əlavə edib ki, Qəzza zolağının şimalında 2000-dən çox tibb işçisi Ramazana obaşdanlıq və iftar etmədən başlayacaq.

Səhiyyə Nazirliyinin sözçüsü deyib: “Biz beynəlxalq təşkilatlara və yardım komitələrinə çağırış edirik ki, tibb işçilərini yeməklə təmin etsinlər, beləliklə onlar öz fəaliyyətlərini davam etdirə bilsinlər.”

Eyni vaxtda Qəzzadakı Norveç həkim qrupunun üzvü hazırda bölgədə uşaqlar arasında aclığın yayılmasının şahidi olduqlarını bildirib.

Qəzza Səhiyyə Nazirliyinin son hesabatına görə, Qəzzada qida və su çatışmazlığı səbəbindən indiyədək 25 nəfər şəhid olub.

0 Persons

Sizin rəyiniz

You are replying to: .