11 mart 2024 at 12:26
Jurnalist kodu: 5487
Xəbər kodu: 85415142
T T
0 Persons

Tags

Ordu və SEPAH komandanlarına Fəth nişanı verildi

11 mart 2024 at 12:26
Xəbər kodu: 85415142
Ordu və SEPAH komandanlarına Fəth nişanı verildi

Tehran - İRNA - Ali Baş Komandan İran İslam Respublikası Ordusunun Baş Komandanı və İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanını Fəth nişanı ilə təltif edib.

Ali Baş Komandan Həzrət Ayətullah Xamenei İran İslam Respublikası Ordusunun Baş Komandanı general-mayor Seyid Əbdülrəhim Musəvi və İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanı general-mayor Hüseyn Səlamini Fəth nişanı ilə təltif edib.

Bu mükafat Ordu və SEPAH komandirlərinə silahlı qüvvələrin müdafiə və döyüş gücünün və çəkindirmə gücünün təkmilləşdirilməsində göstərdikləri fəaliyyətlərinə görə verilib.

Fəth nişanı İslam mücahidlərinin zəfərli əməliyyatlarının simvolu olaraq bu  əməliyyatların fatehləri üçün seçilib.

Bu nişan üç xurma yarpağı, Xürrəmşəhr Came Məscidinin günbəzi və İran İslam Respublikasının bayrağından təşkil olunub.

0 Persons

Sizin rəyiniz

You are replying to: .