Tehranda səfərdə olan Ermənistanın Xarici İşlər nazirinin müavini Vahan Kostanyan 9 mart, şənbə günü Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyanla görüşüb və müzakirə aparıb.
Bu görüşdə Əmir Abdullahiyan Ermənistana səfəri və bu ölkənin Baş naziri və Xarici İşlər naziri ilə keçirdiyi yaxşı görüş və danışıqlara toxunaraq müxtəlif siyasi, iqtisadi, ticarət, elmi və mədəni sahələrdə əməkdaşlığın gücləndirilməsi və təşviqi üçün birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Ölkə diplomatiyasının başçısı Ermənistanla qonşuluq münasibətlərinin hərtərəfli inkişafını hər iki ölkənin mənafeyi naminə və xarici dövlətlərin müdaxiləsindən uzaq regionda sülh, sabitlik və davamlı təhlükəsizliyə uyğun hesab edib.
Ermənistanın Xarici İşlər nazirinin siyasi məsələlər üzrə müavini də Əmir Abdullahiyanla görüşündən məmnunluğunu ifadə edib və ölkəsinin Xarici İşlər nazirinin salamlarını iranlı həmkarına çatdırıb, Ermənistanın İranla əlaqələrin inkişafına və genişlənməsinə xüsusi önəm verdiyini, bunu regionun sabitliyi və təhlükəsizliyi üçün səmərəli və faydalı hesab etdiyini vurğulayıb.
Vahan Kostanyan iki ölkənin xarici işlər nazirlərinin müavinləri arasında siyasi məsləhətləşmələrin yeni raundu çərçivəsində iranlı həmkarı ilə apardığı danışıqlar haqda məlumat verib, onun nəticələrini faydalı və məhsuldar kimi qiymətləndirilib, tərəflərin müxtəlif səviyyələrdə bu məsləhətləşmələri davam etdirmək və gücləndirmək barədə razılığa gəldiyini açıqlayıb.
Sizin rəyiniz