11 mart 2024 at 17:19
Jurnalist kodu: 5487
Xəbər kodu: 85415587
T T
0 Persons

Tags

Ərdəbildə farsdilli iranlı şair Nizami Gəncəvinin anım günü qeyd olunub

Ərdəbil - İRNA - Martın 11-də Nizami Gəncəvinin anım günü Ərdəbildə mədəniyyət və ədəbiyyat adamlarının iştirakı ilə bu böyük İran şairinin əsərlərinin təhlili və analizi və şeirlərinin oxunması ilə qeyd olunub.

Bazar ertəsi Ərdəbil vilayətindəki kampus universitetləri koordinatorunun müavini Ərdəbilin Fərhəngiyan Universitetində Nizami Gəncəvinin anım mərasimində deyib: Nizami Gəncəvi fars ədəbiyyatı sahəsində qiymətli ədəbi əsərlər yaratmaqla İran poeziya və ədəbiyyatı səmasında ən parlaq ulduzlardan biridir və onun əsərlərində dini mövzu və məfhumlardan istifadə bariz şəkildə özünü göstərir.

Malik Pənahi əlavə etdi: Hicri 6-cı əsrin məşhur şairi, fars ədəbiyyatında epik poeziyanın öncülü olan hikmətli Nizami Gəncəvi məxsusi üsul və üsluba malikdir. O, söz yaratmaqla, atalar sözlərini tədqiq etməklə və qoruyub saxlamaqla İran ədəbiyyatında və diyarında özünəməxsus yer tuta bilib.

Ərdəbil vilayətinin ümumi kitabxanalarının baş direktoru Pərvanə Rzaquluzadə də Nizami Gəncəvinin xatirəsini yad etmək kimi ayinlərin keçirilməsinin təsirinə işarə edərək dedi: İranın tarixi böyük xəzinələrlə doludur ki, gənc nəslin, uşaqların və yeniyetmələrin bu xəzinələrlə tanış olması ictimai kimliyin yaranmasına səbəb olacaqdır.

O, davam etdi: Nizami Gəncəvi şeirlərini elm və texnikaya əsaslanaraq, Quran ayələrini uyğunlaşdırmaqla özünəməxsus formada təqdim edə bilmiş və İranın zəngin mədəniyyətini qürurla dünyaya tanıtmış və adını əbədiləşdirmişdir.

Fərhəngiyan Universitetinin professorlarından biri olan İxtiyar Bəxşi də bu mərasimdə dedi: Nizaminin ən mühüm xüsusiyyəti odur ki, o, təqlidçi deyil və özü şeir qoşmaqda yenilikçidir, baxmayaraq ki, Firdovsi və Ənvəri kimi özündən öncəki şairlərdən bəhrələnmişdir.

O əlavə etdi: Nizami Gəncəvi müsəlman və müqəddəs İslam dininə ürəkdən tabe olmuşdur və bu etiqad və dini diqqət onun əxlaqi ədəbiyyatı sahəsində açıq şəkildə özünü göstərir və onun dünyagörüşü əxlaqidir və dini mövzu və məfhumlardan qaynaqlanır.

Ərdəbilin Fərhəngiyan Universitetinin akademik heyətindən Seyid Məhəmməd Fəthullahzadə də Nizaminin Xəmsəsini İran ədəbiyyatının böyük əsərlərindən olduğunu qeyd edərək dedi: Sirlər xəzinəsi, Xosrov və Şirin, Leyli və Məcnun, Yeddi gözəl və İskəndərnamə bu hicri 6-cı əsrin məşhur şairinin dəyərli əsərlərindəndir. Bundan əlavə, Həkim Nizaminin şeirlər toplusu da mədəniyyətsevərlərin ixtiyarındadır.

O qeyd etdi: V-IX qəməri əsrlər fars tarixi və ədəbiyyatında ən təsirli dövrlərdən biridir və bu dövrdə hikmət, irfan və ədəbiyyat birləşdirilərək yeni üslub yaratmışdır. Bu dövrün ən görkəmli şəxsiyyətləri kimi Həkim Sənai və Həkim Nizamini qeyd etmək olar.

Fəthullahzadə bildirirdi: Həkim Nizami epik ədəbiyyatın fars dilli şairləri arasında bənzərsizdir və bu böyük fars şairi öz dühası və təxəyyülünün sehri ilə canlı səhnələrə aparan bir tablo çəkmişdir.

Bu mərasim çərçivəsində Fərhəngiyan Universitetinin 2 tələbəsi Həkim Nizaminin şeirlərini oxudu, vilayətin görkəmli xəttatlarından olan Sabir Səfai də həmin məşhur şairin şeirlərini yazdı.

Sizin rəyiniz

You are replying to: .