11 mart 2024 at 19:00
Jurnalist kodu: 5561
Xəbər kodu: 85415678
T T
0 Persons

Tags

Amerika və İngiltərənin Yəmənə təcavüzkar hücumları davam edir

Tehran - İRNA - Bu gün (bazar ertəsi) xəbər mənbələri ABŞ və İngiltərənin Yəməndəki bəzi bölgələrə hücum etdiyini bildirib.

Bu gün ABŞ və İngiltərə Yəmən ərazisinə yeni təcavüzkar hücumlar həyata keçirib.

Məlumata görə, bu hücumlarda Əl-Hudəydə vilayətində yerləşən Əs-Salif şəhərindəki Rə`s İsa bölgəsi üç dəfə hədəfə alınıb.

Hələlik bu hücumlar nəticəsində ölən və ya mümkün dağıntılar barədə məlumat verilməyib.

Ötən günlər və həftələr ərzində Yəmənin müxtəlif bölgələri ABŞ və İngiltərənin təcavüzkar hücumlarının hədəfinə çevrilib.

Bu hücumlar sionist rejimə qarşı tətbiq edilən dəniz blokadasını dayandırmaq üçün Yəmənə təzyiq göstərmək məqsədi ilə həyata keçirilir.

İRNA-nın məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnaməsindən sonra ABŞ və İngiltərə yanvarın 11-i səhər saatlarında Yəmən Ənsarullahının mövqelərinə hücum başladıb.

Bu hücumlar Yəmən ordusunun Qəzza zolağında Fələstin xalqının müqavimətinə dəstək olaraq ötən aylarda Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında bir neçə sionist gəmi və ya işğal olunmuş ərazilərə gedən gəmiləri hədəf almasından sonra həyata keçirilib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .