12 mart 2024 at 14:44
Jurnalist kodu: 5487
Xəbər kodu: 85416564
T T
0 Persons

Tags

Çin və Rusiya gəmiləri İranın ərazi sularına daxil oldu

12 mart 2024 at 14:44
Xəbər kodu: 85416564
Çin və Rusiya gəmiləri İranın ərazi sularına daxil oldu

Tehran - İRNA - Çin və Rusiya gəmiləri Hind okeanının şimalında “Dəniz Təhlükəsizlik Kəməri Birgə Təlimi-2024” keçirilməsi məqsədilə İranın ərazi sularına daxil olub.

İran, Çin və Rusiyanın birgə hərbi dəniz təlimlərində iştirak etmək üçün Çin və Rusiyanın hərbi dəniz qüvvələri ölkəmizin ərazi sularına daxil olub.

Bu təlimdə İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin üzmə və uçuş bölmələri, o cümlədən “Cəmaran”, “Dena”, “Bayandur” esminesləri, “Genave”, “Zareh”, “Sircan” gəmiləri, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələrinin “Şəhid Süleymani”, “Əbu Məhdi əl-Mühəndis”, “Şəhid Məhmudi” və “Tondər” gəmiləri, həmçinin bu gün İran İslam Respublikasının ərazi sularına daxil olmuş Çin və Rusiya hərbi dəniz qüvvələrinə aid gəmiləri iştirak edirlər.

Rusiya Federasiyasının hərbi-dəniz bölmələrinə “Varyaq” Qvardiya raket kreyseri, böyük sualtı qayıq əleyhinə "Marşal Şapoşnikov" gəmisi bir freqatla birlikdə, Çin Donanmasının iki döyüş gəmisi və bir təchizat gəmisi, həmçinin İran İslam Respublikasının donanmasının gəmiləri və helikopterləri də bu təlimdə iştirak edəcək.

0 Persons

Sizin rəyiniz

You are replying to: .