Əl-Qəssam taborları bununla bağlı elan edib ki, bu fələstinli müqavimət qrupunun döyüşçüləri Xan Yunisin Həməd şəhərində 2 pusqu zamanı sionist rejimin 2 piyada komandası ilə toqquşub və onlardan bir neçəsini öldürüb və yaralayıblar.
Həmas hərəkatının hərbi qanadı Həməd şəhərində sionist rejimin Merkava tankının məhv edildiyini də açıqlayıb.
Səraya əl-Qüds də açıqlamasında bildirib: Səraya əl-Qüds döyüşçüləri əvvəlcə güclü partlayıcı qurğunu işə salaraq, yaşayış mənzili içərisində işğalçı rejim ordusunun 6 nəfərlik hərbi komandasını hədəfə alıblar. Müqavimət döyüşçüləri Həməd şəhərinin mərkəzindəki düşmən əsgərlərinin yerləşdiyi yerləri də minaatanlarla hədəfə alıblar.
Qüds və Qəssam taborlarının əməliyyatları nəticəsində sionistlər Xan Yunisdə ağır itkilər verib
12 mart 2024 at 19:44
Xəbər kodu:
85416810
Tehran - İRNA - HƏMAS hərəkatının hərbi qanadı olan İzzəddin Əl-Qəssam taborları və Fələstin İslami Cihad Hərəkatının Səraya Əl-Qüds hərbi qanadı bu gün (çərşənbə axşamı) ayrı-ayrı bəyanatlarda Xan Yunisdə bir neçə sionist əsgərin öldüyünü və yaralandığını açıqlayıb.
Sizin rəyiniz