İran, Çin və Rusiyanın xilasetmə qrupları yanğınsöndürmə əməliyyatını icra etdilər

Tehran - İRNA - “Dəniz Təhlükəsizlik Kəməri-2024” birgə təliminin sözçüsü deyib: “İran, Çin və Rusiyanın üzmə və uçuş bölmələri Hind okeanının şimalında yanğınsöndürmə əməliyyatı həyata keçirib.”

Kontr-admiral Mustafa Tacəddini deyib: “İran, Çin və Rusiya hərbi dəniz qüvvələrinin iştirakı ilə Dəniz Təhlükəsizlik Kəməri-2024 kompozit təliminin əsas mərhələlərinin keçirilməsinin davamında üç ölkənin üzmə və uçuş bölmələri əvvəlcədən müəyyən edilmiş ssenari əsasında yanğının söndürülməsi və ticarət gəmisinə dəyən zədənin aradan qaldırılması əməliyyatını həyata keçirdi.”

“Dəniz Təhlükəsizlik Kəməri-2024” birgə təliminin sözçüsü əlavə edib: “Təlimin bu mərhələsində gəminin alovlanması ilə bağlı təcili mesaj göndərildikdən sonra əvvəlcə ordunun donanmasının helikopterləri ilə əməliyyat sahəsini müəyyən etmək və axtarış aparmaq üçün işlər həyata keçirildi, daha sonra İran İslam Respublikasının “Səhənd” esminesi yanğınsöndürmə əməliyyatını həyata keçirmək üçün ərazidə yerləşən gəmiləri göndərdi.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .