Hüseyn Əmir Abdullahiyan Livan Hizbullah Hərəkatının Baş katibi höccətül-islam vəl-müslimin Seyid Həsən Nəsrullaha, Fələstin İslami Müqavimət Hərəkatının Siyasi Bürosunun Sədri İsmayıl Həniyyəyə və Fələstin İslami Cihad Hərəkatının Baş katibi Ziyad Nəxaləyə ünvanladığı təbrik məktubunda bildirib: “Quranın baharı və Allahın ziyafət ayı mübarək Ramazan ayının gəlişi münasibətilə Sizi və mənfur və cinayətkar sionist rejimə qarşı dayanmış bütün müqavimət qüvvələrini və mücahidləri, eləcə də hazırkı müharibənin bütün şərəfli şəhid ailələrini və yaralılarını, həmçinin Livan və Fələstinin müqavimətli və səbirli xalqlarını təbrik edirəm.”
Xarici İşlər naziri əlavə edib: “Dünya müsəlmanları bu əziz ayı Qüdsü işğal etmiş rejimin Fələstinin məzlum xalqına, xüsusilə də bu müqəddəs torpağın məzlum qadın və uşaqlarına qarşı insanlıq əleyhinə cinayətləri və soyqırımı törətməkdə davam etdiyi, məsul beynəlxalq qurumların, o cümlədən BMT Təhlükəsizlik Şurasının İsrail rejiminin törətdiyi soyqırımı dayandırmaq üçün heç bir təsirli və çəkindirici tədbir görmədiyi bir şəraitdə qarşıladılar.”
Əmir Abdullahiyan məktubun davamında bildirib: “Digər tərəfdən, qəsbkar sionist rejimin törətdiyi böyük cinayətlər və insan haqları iddiaçılarının hərəkətsizliyi qarşısında müqavimət qüvvələrinin və qeyrətli Fələstin xalqının Amerika hökuməti tərəfindən tam dəstəklənən silahlı rejimə qarşı qəhrəmancasına, qürurlu və tarixi müqavimətinin şahidiyik. Bu səylər və ləyaqətli əzmkarlıq fonunda sionist düşmən bəyan etdiyi məqsədlərin heç birinə nail ola bilməyib, bu rejimin tarixi məğlubiyyətinin əlamətləri ortaya çıxıb.”
Sizin rəyiniz