Babul 115 saylı təcili rabitə şöbəsinin mama-ginekoloqu Məsumə Mehravərin telefon vasitəsilə bələdçilik edərək Babulkənar bölgəsinin Cacən kəndində yaşayan ana və körpəsinin həyatını xilas etməsinin ardınca höccətül-islam vəl-müslimin Məhəmmədi Gülpayəqani telefon əlaqəsi yaradaraq Babul Təcili Yardım Xidmətinin bu zəhmətkeş həmkarına İslam İnqilabın Ali Rəhbərinin məmnunluğunu və təşəkkürünü çatdırıb.
Fevralın 28-də güclü güclü qar və tufan nəticəsində Babulkənar bölgəsinin Cacən kəndi yolunda bu şəhərdən yola salınan təcili tibbi yardım maşınının hərəkətində problemlər yarandığı bir vaxt xanım Mehravər ailənin atasına telefon vasitəsilə bələdçilik edib, onun həyat yoldaşının doğuşuna kömək edərək ana və körpəsinin həyatını ölümdən xilas edib.
Sizin rəyiniz