15 mart 2024 at 16:15
Jurnalist kodu: 5487
Xəbər kodu: 85419238
T T
0 Persons

Tags

80 min fələstinli Ramazan ayının ilk cümə namazını Məscidül-Əqsada qılıb

Tehran - İRNA - Xəbər mənbələrinin bildirdiyinə görə, İordan çayının qərb sahilində və müqəddəs Ramazan ayının ilk cümə günü 80 min fələstinli namazını Məscidül-Əqsada qılıb.

Sionist hərbçilərin tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, 80 min fələstinli müqəddəs Ramazan ayının ilk cümə namazını Məscidül-Əqsada qılıb.

Məscidül-Əqsanın xətibi Şeyx İkrama Səbri bu gün cümə namazı xütbələrində deyib: “Məscidül-Əqsa ilə bağlı sövdələşmənin aparılması və onun torpağından bir zərrəni belə əldən vermək qətiyyən mümkün deyil.”

“Namaz qılanların iştirakı və onların aksiya istəyi Məscidül-Əqsaya zərər vermək istəyənlər üçün bir mesajdır” - deyə, xətib qeyd edib.

Şeyx İkrama Səbri əlavə edib: “Məscidül-Əqsanın mövqeyi ona hakim olmaq istəyən beynəlxalq qanunlardan qat-qat yüksəkdir və Nə olursa olsun, bu məscid ibadət edənlərin üzünə açıq qalacaq.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .