15 mart 2024 at 17:32
Jurnalist kodu: 5487
Xəbər kodu: 85419277
T T
0 Persons

Tags

Yəmənin Hudeydə vilayətində neft tankerinə hücum olub

15 mart 2024 at 17:32
Xəbər kodu: 85419277
Yəmənin Hudeydə vilayətində neft tankerinə hücum olub

Tehran - İRNA - Media mənbələri bu gün (cümə) günortadan sonra Qırmızı dənizdə bir neft tankerinin hədəfə alındığını bildirib.

“Reuters” xəbər agentliyi İngiltərə Dəniz Təhlükəsizliyi Şirkətinə istinadən xəbər verib: “Hudeydadan 88 mil şimal-qərbdə bir neft tankeri raketlə hücuma məruz qalıb.”

Şirkət həmçinin bildirib ki, hücum nəticəsində tanker zədələnib, lakin ekipajı arasında itkilər barədə məlumat verilməyib.

İngiltərə Dəniz Ticarət Əməliyyatları Təşkilatı bu gün səhər saatlarında məlumat yaymışdı ki, Hudeydadan 76 dəniz mili qərbdə bir ticarət gəmisi raket hücumuna məruz qalıb və zədələnib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .