İranın Ədliyyə nazirinin insan haqları və beynəlxalq işlər üzrə müavini Əskər Cəlaliyan Cenevrədə İnsan Hüquqları Şurasının 55-ci iclasında beynəlxalq ictimaiyyətin səssizliyi altında 13 min fələstinli uşağın öldürülməsinə toxunaraq deyib: “Biz təcavüzkar İsrail qüvvələrinin cinayətləri və işğalçılığı ucbatından davamlı olaraq hər cür aramsız zorakılıqla üzləşən qəzzalı uşaqların acınacaqlı durumu ilə bağlı heç nə etmədiyimiz halda uşaqlara qarşı zorakılıqla mübarizədən danışa bilmərik.”
“Bu zorakılıqlar nəticəsində son 5 ayda Fələstində 13 mindən çox uşaq həyatını itirib” - deyə, o, bildirib.
Ədliyyə nazirinin müavini əlavə edib: “Günahsız uşaqların valideynlərinin gözü qarşısında vəhşicəsinə qətlə yetirildiyi Fələstindəki hazırkı vəziyyətdən danışmaq çox çətin və ağrılıdır.”
Sizin rəyiniz