Adlarının açıqlanmasını istəməyən mənbələr “Əl-Məyadin”-ə bildiriblər ki, bu görüş Yəmən Ənsarullah Hərəkatı ilə mövqeləri koordinasiya etmək məqsədi ilə keçirildi və Ənsarullah nümayəndəsi Qırmızı dənizdə bu hərəkatın davamlı dəstəyini vurğuladı.
Ənsarullah Hərəkatı Qırmızı dənizdəki əməliyyatları əvvəlki güclə davam etdirmək qabiliyyətini təsdiqləyərək vurğuladı ki, Amerika və İngiltərənin hava hücumları bu hərəkatı Fələstin xalqına və onların müqavimətinə sadiqliyindən çəkindirməkdə təsirli olmayacaq. Fələstinli qruplar da onlarla əməkdaşlığın bütün formalarını inkişaf etdirməyə hazır olduqlarını bəyan etdilər.
Sizin rəyiniz