18 mart 2024 at 14:31
Jurnalist kodu: 5487
Xəbər kodu: 85421925
T T
0 Persons

Tags

Sionist rejim İordan çayının qərb sahilinə hücum edib

18 mart 2024 at 14:31
Xəbər kodu: 85421925
Sionist rejim İordan çayının qərb sahilinə hücum edib

Tehran - İRNA - Sionist rejim qüvvələri İordan çayının qərb sahilində bir neçə fələstinlini həbs edib.

Bu gün (bazar ertəsi) səhər saatlarında sionist rejim əsgərləri Ramallahın "Deyr Nizam" və "Əl-Məzrə" qəsəbələrinə basqın edib.

İşğalçı qüvvələr Ramallahın şimal-qərbindəki əl-Məzrə qəsəbəsinə basqın zamanı yaralı fələstinli Nur Əli Şeretehi həbs ediblər və Deyr Nizam qəsəbəsində Bilal Əl-Təmiminin evinə hücum edərək onu həbs edib, naməlum yerə aparıblar.

Fələstinli jurnalist və media fəalı Vəlid Zayed də Ramallahın Əl-Masayef məhəlləsində sionist rejim hərbçiləri tərəfindən həbs edilib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .