Sənadan Təhlükəsizlik Şurasına: Qırmızı dənizdəki əməliyyat Qəzza müharibəsi dayanana qədər davam edəcək

Yəmənin Xarici İşlər Nazirliyi Təhlükəsizlik Şurasının Yəmən əleyhinə bəyanatına reaksiya verib.

Təhlükəsizlik Şurasının Yəmən əleyhinə bəyanatına cavab olaraq Yəmənin Xarici İşlər Nazirliyi bildirib: “Təhlükəsizlik Şurasının Qırmızı dəniz və Ərəb dənizində baş verənlərlə bağlı bəyanatı ABŞ-ın cinayətkar tələblərinə təhlükəli boyun əydiyini göstərir.”

Bəyanatın davamında deyilir: “Təhlükəsizlik Şurasının 200 günə yaxındır ki, İsrailin Qəzzada hər gün uşaq və qadınları qətliam etməsini pisləyən bəyanat verə bilməməsi utancvericidir. Daha yaxşı olardı ki, Təhlükəsizlik Şurası minlərlə fələstinlinin öldürülməsinə görə Amerikanın sionist rejimə silah göndərməsinin qarşısını alardı.”

Bəyanatın sonunda vurğulanır: “Yəmən Silahlı Qüvvələrinin əməliyyatları sionistlərin Qəzzaya qarşı cinayətkar təcavüzü dayandırılmadıqca və mühasirə götürülmədikcə davam edəcək.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .