Sionist rejimin “İsrael Hayom” qəzeti yazır ki, İsrail ordusunun müharibədən azad edilmiş ehtiyatda olan hərbçiləri bu yaxınlarda psixiatriya xidmətləri üçün Natal İnstitutuna müraciət ediblər və onlara bildirilib ki, müalicə üçün təxminən 1-2 ay növbə gözləsinlər.
Qəzetin təhlilinə görə, bu məsələnin səbəbi Qəzza müharibəsindən azad edilərək evlərinə qayıdan və müalicə tələb edən əsgərlərin sayının yüksək olmasıdır.
“İsrael Hayom” bu güngü (çərşənbə axşamı) xəbərində yazıb: “Belə bir hadisə əvvəlki müharibə və əməliyyatlarla müqayisədə görünməmiş bir hadisədir və Qəzza müharibəsində əvvəlki müharibələrdə olmayan hadisələr baş verdi.”
İndiyədək İsrailin 300 min ehtiyat əsgəri Qəzza müharibəsində iştirak etmək üçün çağırılıb. “İsrael Hayom”-un bildirdiyinə görə, onların bir çoxu xidmətdən azad olmaq ardıncadır və psixiatrik xidmət almaq üçün müraciət edir.
Xəbərdə qeyd olunur ki, müharibə şəraitində fövqəladə halların araşdırılmasına dair qruplar döyüş meydanının yaxınlığında yerləşdirilib və müharibə başlayandan bəri 3000-dən çox əsgər bu qruplara müraciət edib.
Sizin rəyiniz