19 mart 2024 at 16:57
Jurnalist kodu: 5487
Xəbər kodu: 85422772
T T
0 Persons

Tags

Rəisi: İqtisadi münasibətlərin yaxşılaşması üçün əsaslar mövcuddur - Putin: İran-Rusiya ticarəti 77% artıb

Tehran - İRNA - Prezident İran və Rusiyanın Şanxay və BRİKS kimi mühüm regional təşkilatlarda iştirakını, həmçinin Rəşt-Astara dəmir yolu xəttinin tikintisi də daxil olmaqla, iki ölkə arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün səylərin göstərilməsini iki ölkə arasında əməkdaşlığının gücləndirilməsi, xüsusilə iqtisadi-ticarət əlaqələrinin təşviqi üçün münasib istiqamətlər hesab edib.

İran İslam Respublikasının Prezidenti çərşənbə axşamı günortadan əvvəl Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə telefon danışığında Rusiya xalqının ona bir daha etimadı və yenidən bu vəzifəyə seçilməsi münasibətilə onu təbrik etməklə yanaşı, Rusiyanın yeni hökumətinin fəaliyyətə başlamasının İran və Rusiya arasında müxtəlif sahələrdə əlaqələrin və konstruktiv əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin olacağına ümid etdiyini bildirib.

Rəisi telefon danışığının davamında sionist rejimin Qəzzanın məzlum və qüdrətli xalqına qarşı cinayətlərinin davam etməsinə işarə edərək, sionistlərin cinayətkar hücumlarının dayandırılması, blokadanın aradan qalxması və Qəzza xalqına geniş yardımın təmin edilməsi üçün təsirli beynəlxalq fəaliyyətin zəruriliyini vurğulayıb.

İki ölkə prezidentləri eyni zamanda, ortaq regional maraqlara, o cümlədən Qafqaz məsələlərinə də diqqət yetiriblər.

Cənubi Qafqazda baş verən proseslər həssasdır - İranın iradəsi regionda sabitliyi qorumaqdır

Prezident, Cənubi Qafqaz bölgəsindəki inkişaf və hərəkətlərin tendensiyasını həssas adlandırıb, İran İslam Respublikasının regional sabitliyi və ölkəmizin strateji maraqlarını qorumaq iradəsini və hazırlığını vurğulayıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .