20 mart 2024 at 12:56
Jurnalist kodu: 5487
Xəbər kodu: 85423258
T T
0 Persons

Tags

Bayden Novruz mesajında iranlı qadınları dəstəklədiyini iddia edib

Co Bayden Novruz mesajında müdaxilə xarakterli bəyanatla iranlı qadınları dəstəklədiyini iddia edib.

Bayden Novruzla bağlı təbrik mesajında deyib: "Jill və mən bu bayramı qeyd edənləri Novruzun gəlişi münasibətilə təbrik edirik."

Bayden Novruzu "düşünmək, yenilənmə və yenidən dünyaya gəlmək üçün fürsət" adlandırıb. Halbuki, ABŞ uzun illərdir İran xalqına qarşı ən ağır sanksiyaları tətbiq edib.

Co Bayden Novruz mesajının bir hissəsində iddia edib: “Bu il Novruz çoxları üçün çətin şəraitdə gəlib. Ümidin hər zamankindən daha çox lazım olduğu bir vaxtda, Amerika öz azadlıqları üçün mübarizə aparan şücaətli İran qadınlarının yanında olmağa davam edir. Biz tərəfdaşlarımızla birlikdə İran məmurlarını əsas insan haqlarını inkar etdiyinə görə məsuliyyətə cəlb edəcəyik.”

Vaşinqtonun Qəzza müharibəsində sionist rejimin silahla təmin edən əsas dəstəkçisi olduğu bir halda, Amerika prezidenti Qəzza xalqına dəstək ifadə edib.

Sizin rəyiniz

You are replying to: .