Əl-Məyadin bu gün (çərşənbə günü) günorta saatlarında Qəzza zolağındakı müxbirinə istinadən bildirib: “İsrail qüvvələri Şəfa xəstəxanasının ərazisində gəzən hər kəsə, hətta xəstəxananın pəncərəsindən başını çıxaranlara da atəş açır.”
Əl-Məyadin müxbirinin şahidlərə istinadən verdiyi məlumata görə, sionist rejim qüvvələri Qəzza zolağındakı Şəfa xəstəxanasına qəfil daxil olduqdan sonra bir sıra xəstələrin süni nəfəs aparatlarını çıxarıblar.
Bu xəbərə görə, sionist rejim əsgərləri bu xəstəxananın çoxlu sayda tibb işçisini də həbs ediblər. Fələstin mənbələrinin bildirdiyinə görə, sionist rejim ordusunun bu tibb kompleksinin ətrafındakı bir evə hücumu nəticəsində bir neçə fələstinli də həlak olub, çoxlu sayda insan yaralanıb.
Sizin rəyiniz