21 mart 2024 at 14:20
Jurnalist kodu: 5487
Xəbər kodu: 85423932
T T
0 Persons

Tags

Onlarla keçmiş amerikalı məmur Baydeni İsrailə qarşı daha qətiyyətli mövqe tutmağa çağırdı

ABŞ-ın 70-ə yaxın keçmiş rəsmisi, diplomatı və hərbi zabiti Co Baydenə göndərdiyi məktubda ondan Qəzzadakı hərəkətlərinə görə İsrailə qarşı daha qətiyyətli mövqe tutmasını istəyib.

Onlar Baydenə ünvanladığı məktubda Qəzzada yüksək mülki itkilərə və İsrailin yaşayış məskənlərini genişləndirməsinə işarə edərək yazıblar: “ABŞ bu cür hərəkətlərə qarşı daha konkret addımlar atmalıdır.”

Aralarında keçmiş səfirlərin, ABŞ dövlət departamenti və müdafiə mazirliyinin təqaüddə olan məmurlarının, keçmiş kəşfiyyat və Ağ Ev rəsmilərinin adlarının da göründüyü keçmiş amerikalı məmurlar yazıblar: “İsrailə qarşı konkret tədbirlərə İsrailə yardıma məhdudiyyətlər daxil ola bilər.”

Sizin rəyiniz

You are replying to: .