Bəzi sorğuların nəticələri Trampın Baydendən irəlidə olduğunu göstərdiyi bir vaxtda Ağ Ev seçkilər öncəsi Asiya NATO-nu gücləndirmək üçün səylərini artırıb. Amerikanın “Politico” saytı diplomatik mənbələrə istinadən bildirib ki, Vaşinqton və London şiddətli şəkildə Kanada və Yaponiyanı AUKUS təhlükəsizlik paktına əlavə etməyə cəhd göstərirlər. Amerika, İngiltərə və Avstraliya bu paktın üzvləridir.
Bu xəbərə görə, Ağ Ev Donald Trampın Amerika prezidentliyinə mümkün qayıdışından ehtiyat etdiyindən Kanada və Yaponiyanın ABŞ prezident seçkilərindən əvvəl AUKUS-a qoşulmasını istəyir. Bu Amerika mediasına görə, Kanada və Yaponiya bu ilin sonuna kimi AUKUS-a qoşula bilər. Bu danışıqlarda iştirak edən diplomatlardan biri bildirib ki, Kanada və Yaponiya bu müqavilənin “2-ci sütununa” qoşula bilər, süni intellekt və hipersəs raketləri kimi qabaqcıl hərbi texnologiyanı inkişaf etdirmək üçün onun ilk üzvləri ilə əməkdaşlıq edə bilər.
Sizin rəyiniz