ABŞ-ın Qəzza ilə bağlı təklif etdiyi qətnamə cümə günü BMT Təhlükəsizlik Şurasının iclasında təqdim edilib və Rusiya, Çin və Əlcəzair onun əleyhinə səs verib. Qətnamə Təhlükəsizlik Şurasının daimi üzvlərinin vetosu olmadan 15 üzvdən 9-nun səsinə ehtiyac duyduğundan, Amerika qətnaməsi təsdiqlənmədi və Təhlükəsizlik Şurasının daimi üzvləri olan Çin və Rusiyanın mənfi səsləri ilə veto edildi.
Təhlükəsizlik Şurasına üzv olan 15 ölkədən 11-i ABŞ-ın təklif etdiyi qətnamənin lehinə, üç ölkə əleyhinə səs verib və bir ölkə isə bitərəf qalıb.
Əleyhinə səs verən üç ölkə arasında Təhlükəsizlik Şurasının iki daimi üzvü Rusiya və Çin və TŞ-nin bir qeyri-daimi üzvü Əlcəzair də var. TŞ-nin qeyri-daimi üzvlərindən olan Qayana Respublikası da bu qətnaməyə səsvermədə bitərəf qalıb.
Rusiyanın Təhlükəsizlik Şurasındakı səfiri və daimi nümayəndəsi Vasili Nebenzia çıxışında deyib: Amerikanın qətnamə layihəsi fikirləri yayındırmaq cəhdi və aşkar siyasi manipulyasiyadır. Rusiya bu şuranın Yaxın Şərqdə dağıdıcı alətə çevrilməsini qəbul etmir.
Rusiya səfiri deyib: Bu qətnamə “İsrailə” fələstinliləri öldürmək və deportasiya etmək üçün mütləq azadlıq verir. Amerikanın qətnamə layihəsi İsraili cəzadan xilas etmək cəhdidir.
Çinin BMT-dəki səfiri və nümayəndəsi də Təhlükəsizlik Şurasının iclasında deyib: Təhlükəsizlik Şurası Qəzzada atəşin dayandırılması üçün heç bir tədbir görməyib. Qəzzada dərhal atəşkəs tələb edən başqa bir qətnamə layihəsi var.
O bildirib: Amerikanın qətnamə layihəsi həmişə ən əsas məsələdən, yəni atəşkəsdən yayınıb. ABŞ-ın qətnamə layihəsinin yekun mətni birmənalı deyil və dərhal atəşkəsə çağırmır.
Sizin rəyiniz