Təhlükəsizlik Şurasında Qəzzada atəşkəslə bağlı yeni qətnaməyə səsvermə təxirə salındı

Tehran - İRNA - Diplomatik mənbələr şənbə günü bildiriblər ki, Amerikanın ayrıca layihəsinə veto qoyulduqdan sonra BMT Təhlükəsizlik Şurasında Qəzzada yeni atəşkəs qətnaməsi üzrə səsvermə bazar ertəsi gününə təxirə salınıb.

Diplomatik mənbələrin məlumatına görə, Qəzzada atəşkəslə bağlı yeni qətnamə şənbə günü səsverməyə çıxarılmalı idi, lakin müzakirə və araşdırma üçün bazar ertəsinə qədər təxirə salınıb.

Qətərin “Əl-Cəzirə” telekanalı da öz mənbələrinə istinadən bu xəbəri təsdiqləyərək bildirib ki, Ramazan ayında Qəzzada atəşkəs qətnaməsi layihəsinə səsvermə Vaşinqtonun danışıqlar prosesinə daxil olması səbəbindən təxirə salınıb.

Sizin rəyiniz

You are replying to: .