Sionist rejimin Qadınların Vəziyyəti üzrə Komissiyasından dərhal çıxarılması 2 mindən çox psixoloqun tələbidir

Tehran - İRNA - İranın Psixoloji və Məsləhət Sistemi Təşkilatı bildirib ki, dünyanın hər yerindən 2 mindən çox psixoloq və məsləhətçi BMT Baş katibinə və BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının sədrinə ünvanladığı məktubda sionist rejimin Qəzza əhalisinə, xüsusilə də günahsız qadın və uşaqlara qarşı vəhşi cinayətlərini pisləyib, sionist rejimin dərhal həmin təşkilatın Qadınların Vəziyyəti üzrə Komissiyasından çıxarılmasını tələb edib.

Adları çəkilən şəxslərə məktub şəklində göndərilən bu bəyanatda psixoloqlar beynəlxalq təşkilatların Qəzzada qadın və uşaqların psixi sağlamlığına biganə qalmasından narahat olduqlarını bildiriblər və sionist rejimin Qadınların Vəziyyəti üzrə Komissiyasından çıxarılmasının vacibliyini vurğulayıblar. 

Bəyanatın bir hissəsində bildirilir: “Bu gün dünya psixoloqlarının vacib sualı budur ki, BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyası yalnız bir neçə ölkəyə aiddir və Qəzza əhalisinin, onun qadın və uşaqlarının bu təşkilatda yeri yoxdurmu? Qadınların Vəziyyəti üzrə Komissiyasının üzvləri günə bomba, atəş və güllə səsi ilə başlayan qadınların və uşaqların psixi sağlamlığını heç düşünüblərmi?

Necə olur ki, bu rejim bütün bu dəhşət dolu təcavüzləri ilə hələ də bu komissiyanın üzvüdür, 25 mindən çox günahsız qadın və uşağın qanına boyanmış əlləri ilə qadın və uşaqların hüquqlarından danışır? Qəzzadakı müharibədə həlak olanların təxminən 70%-i günahsız qadın və uşaqlar olduğu halda qadın hüquqlarından danışır!

Beynəlxalq təşkilat olan Birləşmiş Millətlər Təşkilatının bu dəhşətli cinayətə gözü və qulağı bağlanıbdırmı?

Sizin rəyiniz

You are replying to: .