Görüşdə gənc və əməkdar şairlərdən 40 nəfəri müxtəlif dini, ictimai və siyasi mövzularda öz şeirlərini oxudular.
Bu görüşdə oxunan şeirlər arasında Qəzza xalqının müqaviməti və sabitliyi mövzusunda söylənmiş Əli Səlimyanın qəzəli də var idi. Qəzəlin bir hissəsində deyilir:
Əgər Allahın tədbiri tədbirdir, görəcəksən ey şeytan!
Yəhuda çəkilər çarmıxa və İsa diri qalar
Dağılar, bəli sionistin puç heybəti
Əl-Əqsa Tufanı qeyrəti daim diri qalar
Şəhadəti anlamırlar, kordurlar, görmürlər
Fələstin dəmbədəm ölür, amma diri qalır
Aparar gorun dibinə İblis öz arzusunu
Zirvələr başında “inna fətəhna” diri qalar
Şairlərin öz şeirlərini oxumasından sonra həzrət Ayətullah Xamenei bu qəzələ işarə edərək dedi: “Tərcümə üçün hərəkat olmalıdır. Bu qəzəl tərcümə olunsa, Qəzzada təlatüm yaradacaq. Bu ton, ifadə və hiss çatdırılmalıdır. Həmin insanların və mübarizlərin belə bir təşviqə ehtiyacı var.”
Sizin rəyiniz