28 mart 2024 at 15:02
Jurnalist kodu: 5487
Xəbər kodu: 85429561
T T
0 Persons

Tags

Livandan sionist qəsəbələrə 20-dən çox raket atıldı

28 mart 2024 at 15:02
Xəbər kodu: 85429561
Livandan sionist qəsəbələrə 20-dən çox raket atıldı

Tehran - İRNA - Sionist rejimin xəbər mənbələri bu gün (cümə axşamı) günorta saatlarında Livandan işğal olunmuş Fələstinin şimal qəsəbələrinə ağır raket zərbəsi endirdiyini bildiriblər. Sionist mediaları işğal olunmuş Fələstinin şimalındakı “Şlumi”, “Haniyta” və “Beytsit” qəsəbələrində həyəcan təbili çaldığını xəbər verib.

Bu xəbərə görə, Livandan işğal olunmuş ərazilərin şimalındakı Qərbi Əl-Cəlil bölgəsinə doğru 20-dən çox raket atılıb.

Bu hücum sionist rejim ordusunun müdafiə sistemlərinin aktivləşməsinə səbəb olub.

Hava hücumundan müdafiə sistemlərinin işə salınmasına baxmayaraq, xəbər mənbələri sözügedən qəsəbələrə raketlərin düşdüyünü bildirib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .