Ərdəbil şəhərində ilk Qədr gecəsi Ərdəbil müsəllasında Vəliyyi-fəqihin vilayət üzrə nümayəndəsi və Ərdəbilin imam cüməsi Ayətullah Seyid Həsən Amilinin xətibliyi və mömin camaatın iştirakı ilə keçirildi.
Bu mərasimdə Ərdəbil imam cüməsi Ramazan ayının və Qədr gecəsinin fəzilətləri, eləcə də İmam Əlinin (ə) böyük şəxsiyyətindən danışdı və bu gecənin xüsusi mərasimini Əhli-beyt (ə) məddahlarının mərsiyyə oxumaları ilə icra etdi.
Həzrət Əmirəlmöminin Əlinin (ə) fəzilətlərindən söz açan Ayətullah Seyid Həsən Amili İmam Əlinin (ə) şəxsiyyəti haqqında deyib: “Fəsahət, şücaət, elm, riyazət, irfan, helm və mehribanlıqda (Allahın Rəsulundan (s) sonra) ondan üstün bir kəs yoxdur.”
Möminlər və Əhli-beyt (ə) aşiqləri bu mərasimdə gecənin bir hissəsini Rəhman surəsini, Təvəssül və Cövşən-kəbir dualarını oxumaqla, Quran başa qoyaraq “bikə ya Əllah” oxumaqla və “əl-ğəvs, əl-ğəvs xəllisna minən-nari ya Rəbb” və “əl-əvf” zikrləri ilə keçirdilər.
Sizin rəyiniz