30 mart 2024 at 16:13
Jurnalist kodu: 5487
Xəbər kodu: 85431026
T T
0 Persons

Tags

Fələstin müqavimətinin atəşkəs danışıqlarının uğuru üçün şərtləri

Tehran - İRNA - Qəzzə zolağında Fələstin müqavimət hərəkatı sionist rejimlə atəşkəs razılaşması və əsirlərin mübadiləsinə nail olmaq üçün aparılan danışıqların uğur qazanması üçün öz şərtlərini açıqlayıb.

Bu gün HƏMAS və İslami Cihad Hərəkatı sionist rejimlə dolayı danışıqlara dair birgə bəyanat yayıb.

HƏMAS və İslami Cihadın birgə bəyanatında bildirilir: “Danışıqların uğuru Qəzzə zolağında müharibənin tam dayandırılmasından, bütün işğalçı qüvvələrin oradan çıxarılmasından, qaçqınların geri qaytarılmasından və bu əraziyə yardımların gəlməsindən asılıdır.”

“Qəzzə zolağında yeni reallıq yaradan istənilən layihəni və ya siyasi addımı rədd edirik” - deyə, bəyanatda vurğulanır.

0 Persons

Sizin rəyiniz

You are replying to: .