Ayətullah Seyid İbrahim Rəisi bu bazar günü günortadan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında müqəddəs Ramazan ayı münasibətilə təbrik edərək, İslam ümmətinə sülh, sabitlik, təhlükəsizlik və firavanlıq arzulayaraq, bu sahədə əməli addımların atılması, ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin mümkün qədər gücləndirilməsini vacibliyini vurğulayıb.
Prezident iki ölkə arasında əldə edilmiş razılaşmaların izlənilməsi və həyata keçirilməsinin zəruriliyinə toxunaraq, İran İslam Respublikasının enerji sahəsində hər iki tərəfin əməkdaşlığını gücləndirməyə və inkişaf etdirməyə hazır olduğunu vurğuladı və ümidvar olduğunu bildirib ki, hər iki tərəfin əməkdaşlığı iki xalqın mənafeyinin təmin edilməsində, eləcə də İslam ümməti arasında vəhdət və birliyin artırılmasında rol oynayacaq.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bu telefon danışığında İran hökuməti və xalqını İlahi ziyafət günləri, həmçinin İslam Şurası Məclisi və Rəhbərlik Ekspertlər Məclisinin seçkilərinin uğurla keçirilməsi münasibətilə təbrik edib. O, Türkiyə hökumətinin İran İslam Respublikası prezidentinin bu ölkəyə son səfəri zamanı iki ölkə tərəfindən İran-Türkiyə Əməkdaşlıq Ali Şurasında əldə edilmiş razılaşmaların təqib və həyata keçirilməsində ciddi olduğunu vurğulayıb.
Sizin rəyiniz