Doktor Seyid İbrahim Rəisi bazar ertəsi gecə saatlarında İmam Xomeyni (r) məqbərəsində Qədr gecəsi ilə bağlı keçirilən mərasimdə deyib: “İslam ölkələri Qurana diqqət yetirsəydilər, bu gün sionist rejimin belə bir cinayəti törətməyə cəsarəti çatmazdı.”
Dövlət başçısı əlavə edib: “Əgər İslam ölkələri Amerikaya və qlobal imperializmə güvənmək əvəzinə Qurana və onun həyat verən ayələrinə əməl etsəydilər və İslam ümmətinə güvənsəydilər, Qəzzə və Fələstin xalqının vəziyyəti belə olmazdı.”
Prezident vurğulayıb: “Sionist rejim İslam ölkələri arasındakı ixtilafdan sui-istifadə edir.”
Konstitusiyanın öz prinsiplərində məzluma havadar olmağı, zalıma qarşı isə qəzəbli olmağı vurğuladığını bəyan edən Prezident deyib: “Zalıma qarşı durun, məzlumu müdafiə edin. Bu, İran İslam Respublikasının məzlum Qəzzə və Fələstinin müdafiəsində tutduğu mövqedir.
Sizin rəyiniz