3 aprel 2024 at 18:16
Jurnalist kodu: 5564
Xəbər kodu: 85434092
T T
0 Persons

Tags

Rəisi: Sionist rejimin son sərsəm əməlləri onun can verərkən əl-ayaq çalmasıdır

Prezident sionist rejimin son sərsəm əməllərini bu rejimin son cəhdləri hesab edərək deyib: “Bu gün hər kəsə sübut olub ki, cinayətkar sionist rejim humanitar və beynəlxalq prinsiplərin heç birinə əməl etmir. Daha təəssüf doğuran məsələ isə Amerika və bəzi Qərb ölkələrinin bu rejimə maliyyə, silah və media dəstəyini davam etdirməsidir.

Suriya Prezidenti cənab Bəşər Əsəd çərşənbə axşamı, axşam saatlarında doktor Seyid İbrahim Rəisi ilə telefon danışığında general-mayor Məhəmmədrza Zahidi və onun bir qrup döyüş yoldaşının sionist rejimin Suriyadakı İran səfirliyinə terror hücumu nəticəsində şəhid olması ilə bağlı İran hökumətinə və xalqına, habelə bu uca məqamlı şəhidlərin ailələrinə başsağlığı verib və bu cinayəti pisləyərək deyib: “Bu misli görünməmiş cinayət təkcə beynəlxalq qanunların pozulması deyil, həm də bu rejimin həyasızlığının və mənəvi tənəzzülünün zirvəsini, Fələstində, Livanda və Suriyada silsilə təcavüz və cinayətkarlığının davamını göstərir.”

Suriya Prezidenti sionist rejimin törətdiyi bu cinayətlə Qəzzədə Fələstin islami müqaviməti tərəfindən düşdüyü çətin vəziyyətdən xilas olmağa çalışdığını bəyan edərək, müqavimət oxunun dəstəklənməsinin və bu cinayətkar rejimin cəzalandırılmasının zəruriliyini vurğulayıb.

Doktor Rəisi də bu telefon danışığında Suriya Prezidentinin həmdərdlik və başsağlığı ifadəsini yüksək qiymətləndirib, bu terror və cinayət əməlini sionist rejimin çarəsizliyinin və acizliyinin dərinliyinin əlaməti hesab edərək deyib: “Şübhəsiz ki, bu rejim və onun tərəfdarları Qəzzədə törətdikləri bu terror cinayəti və vəhşi cinayətkarlağına görə öz rüsvayçı əməllərinin cəzasını alacaqlar və bu cinayəti törədənlərin cəzası qəti və dəyişməzdir.”

Prezident İran və Suriyanın həmişə sabit mövqedən çıxış edərək sionist rejimi xərçəng şişi, regionda və dünyada təhlükəsizlik, sülh və sabitliyin pozucusu hesab etdiyini bildirib, bu rejimin cinayətkarlığı ilə mübarizə üçün iki ölkə arasında regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayaraq deyib: “Təəssüflər olsun ki, bəzi ərəb ölkələrinin qorxu üzündən yaranan passivliyi və zəif mövqe nümayiş etdirməsi İslam dünyasının sionist rejimə qarşı vahid mövqedən çıxış etməsinə mane olub və bu rejimin cinayət törətməkdə daha həyasızlaşmasına səbəb olub.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .