4 aprel 2024 at 12:25
Jurnalist kodu: 5487
Xəbər kodu: 85434650
T T
0 Persons
Ceyş əl-Zulm terrorçularının SEPAH qərargahına hücumunun uğursuz qalması

İRNA- “Ceyş əl-Zulm” terror qruplaşması çərşənbə günü axşam saatlarında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Rask və Çabahardakı qərargahını ələ keçirməyə cəhd edib, lakin təhlükəsizlik müdafiəçilərinin müqaviməti ilə onların planları elə ilk saatlarda məğlubiyyətə uğrayıb.

Sistan və Bəlucistan valisinin təhlükəsizlik və hüquq-mühafizə üzrə müavini İRNA-ya açıqlamasında deyib: “Çərşənbə günü saat 22:00 radələrində Rask və Çabahar şəhərlərində bir neçə hərbi qərargah terror qruplaşması tərəfindən hücuma məruz qalıb.”

O, əlavə edib: “Hərbçilərin və hüquq-mühafizə qüvvələrinin hazırlığı nəticəsində terrorçuların qarşısı alınıb və bu terrorçulardan bir neçəsi ölüb və yaralanıb.

Sistan və Bəlucistan valisinin təhlükəsizlik və asayişin mühafizəsi üzrə müavini deyib: “Bu əməliyyatda 3 təhlükəsizlik müdafiəçisi şəhid olub.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .