Xarici İşlər Nazirliyi bu gün cümə axşamı dərc olunan Beynəlxalq Qüds Günü ilə bağlı bəyanatının bir hissəsində bildirib: “Mübarək Ramazan ayının nurani günlərində dünya müsəlmanlarının ilk qibləsi olan Məscidül-Əqsanın təhqir olunmasının və bu müqəddəs məkanın həyətində namaz qılanlara və etikaf edənlərə qarşı zorakılıq və onların qanlarının axıdılması hallarının şiddətlənməsi, sionistlərin fələstinli qadınlara və məhbuslara qarşı təcavüz və onlara hörmətsizlik etməklə törətdikləri dəhşətli və biabırçı cinayətlər haqqında yayılan xəbərlər, təkcə Qəzzə zolağı deyil, bütün Fələstin torpağını bir neçə milyon Fələstin vətəndaşı üçün üstü açıq həbsxanadan insanlıq qəssabxanasına və insanlıq vicdanının məzarlığına çevirib.”
Xarici İşlər Nazirliyi bu böyük cinayətlərin qara ləkəsinin əbədi olaraq ABŞ və Qərb dövlətləri başda olmaqla, nəinki bu böyük zülmün baş verməsinin qarşısını almayan, hətta ilk günlərdən işğal edilmiş Fələstin torpaqlarına səfər edərək, hər cür silah yardımı və hərtərəfli dəstək göndərərək bu rejimi dəstəkləyənlərin alnında qalacağını, yaddaşlardan, bəşər tarixinin səhifələrindən silinməyəcəyini vurğulayıb.
Sizin rəyiniz