4 aprel 2024 at 12:37
Jurnalist kodu: 5487
Xəbər kodu: 85434674
T T
0 Persons
Rəisi: İran İraqla ikitərəfli və regional əməkdaşlığa böyük əhəmiyyət verir

Tehran - İRNA - Prezident qəsbkar sionist rejimə qarşı ortaq mövqeyi İran və İraq xalqlarının həmrəyliyinin təzahürlərindən biri adlandırıb, iki ölkənin yüksək vəzifəli şəxslərinin iradə və qətiyyəti ilə Tehran və Bağdad münasibətlərinin keçmişdə olduğundan daha çox möhkəmlənəcəyinə və inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

İraqın Baş naziri Məhəmməd Şiya əl-Sudani çərşənbə günü axşam saatlarında Prezident Ayətullah Seyid İbrahim Rəisi ilə telefon danışığında cinayətkar sionist rejimin İran İslam Respublikasının Suriyadakı konsulluğuna hücumu nəticəsində general-mayor Məhəmmədrza Zahidi və onun bir qrup döyüş yoldaşının şəhadəti ilə bağlı İslam İnqilabının Ali Rəhbərinə, İran hökuməti və xalqına başsağlığı verib, bu cinayət aktının cinayətkar sioinst rejimin regiondakı müqavimət cərəyanı qarşısında rüsvayçı və ardıcıl məğlubiyyətləri üzündən törədildiyini bildirərək deyib: “Əminik ki, İran İslam Respublikasının izzətli və iqtidarlı rəhbərliyi ilə qəti və yekun qələbə İslam müqavimətinin olacaqdır.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .