Fələstinə aid bu təşkilatın hesabatına əsasən, hazırda 200 fələstinli uşaq sionist rejimin həbsxanalarındadır ki, onlardan 23-ü Qəzzə zolağından qaçırılıb.
Fələstin Məhbuslar Klubu əlavə edib: “Bir çox ailələr övladlarının taleyindən xəbərsizdirlər və Qəzzə zolağının daha çox uşağının işğalçı rejimin həbsxanalarında olması ehtimal edilir.”
Təşkilatın hesabatına görə, bu il fələstinli uşaqlar üçün ən qanlı il olub. Belə ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzə nümayəndəliyinin statistikasına görə, son 6 ayda bu zolağda 14 mindən çox fələstinli uşaq, 2024-cü ilin əvvəlindən isə İordan çayının qərb sahilində 117 uşaq şəhid olub.
Sizin rəyiniz