6 aprel 2024 at 17:42
Jurnalist kodu: 5487
Xəbər kodu: 85436921
T T
0 Persons

Tags

SEPAH: Sionist rejimi peşman edəcək cəza gerçəkləşəcək

6 aprel 2024 at 17:42
Xəbər kodu: 85436921
SEPAH: Sionist rejimi peşman edəcək cəza gerçəkləşəcək

Tehran - İRNA - İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yaydığı müraciətdə İran xalqının Beynəlxalq Qüds Günü yürüşündə və sionist rejimin Dəməşqdə törətdiyi cinayətin şəhidləri ilə vida və dəfn mərasimlərində coşqulu və düşmənə meydan oxuyan iştirakını yüksək qiymətləndirərək vurğulayıb: “Sionist cinayətkar düşmənin peşmanedici şəkildə cəzalandırılması ilə bağlı milli tələbə cavab Allahın lütfü ilə gerçəkləşəcək.”

Müraciətin digər bir hissəsində bildirilir: “İran xalqı daha bir böyük sınaqdan başıuca çıxdı və bu iştirak qəhrəman Fələstin, məzlum və iqtidarlı Qəzzə əhalisi üçün bir ümid mənbəyi, müqavimət əzmi, iradəsi və motivasiyası üçün dəstək olacaq.”

Müraciətdə əlavə olunur: “Qəhrəman və inqilabçı İran xalqını əmin edirik ki, İslam İnqilabı Keşikçiləri Korpusundakı qeyrətli övladlarınız, Allahın lütfü ilə, Dəməşqdə son qorxaq terror cinayətini törətdiklərinə görə sionist düşmən və onun havadarlarının peşimanedici şəkildə cəzalandırılmasına dair milli tələbi gerçəkləşdirəcəklər.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .