8 aprel 2024 at 14:14
Jurnalist kodu: 5487
Xəbər kodu: 85438973
T T
0 Persons
Ötən il İran Hindistandan sonra ikinci ən yüksək iqtisadi artım əldə edib

Tehran - İRNA - Mərkəzi Bankın Baş direktoru televiziya proqramında deyib: “Dünyanın 30 ən böyük iqtisadiyyatı arasında İran keçən il Hindistandan sonra ikinci ən yüksək iqtisadi artıma nail olub.”

Məhəmmədrza Fərzin deyib: “Ölkə iqtisadiyyatının bütün fundamental göstəriciləri əsasında ölkənin valyuta vəziyyəti münasibdir. Birinci amil likvidliyin artmasıdır ki, biz keçən il bunu son 5 ildə ən aşağı rəqəmə endirə bilmişik. Belə ki, illik likvidlik artımı 25%-dən az olub.”

O, əlavə edib: “Ölkənin valyuta bazarına təsir edən digər göstərici ticarət balansıdır. Ötən il ölkənin əmtəə ticarətinin ümumi həcmi 150 milyard dollardan çox olub ki, bunun da 86 milyard dollarını ixrac, 66 milyard dollara yaxınını isə idxal təşkil edib. Bu o deməkdir ki, ölkənin mal ticarəti saldosu 20 milyard dollar müsbət olub və bu fundamental amil ölkənin valyuta vəziyyətinin münasib olduğunu göstərir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .