8 aprel 2024 at 15:23
Jurnalist kodu: 5487
Xəbər kodu: 85439074
T T
0 Persons

Tags

Əmir Abdullahiyan İslam ölkələrinin xarici işlər nazirlərini Fitr bayramının gəlişi münasibətilə təbrik edib

Tehran - İRNA - İran İslam Respublikasının Xarici İşlər naziri İslam ölkələrinin xarici işlər nazirlərinə ayrı-ayrılıqda məktublar göndərərək, Fitr bayramının gəlişi münasibətilə onları təbrik edib.

Hüseyn Əmir Abdullahiyan İslam ölkələrindəki həmkarlarına göndərdiyi məktublarda Fitr bayramını müsəlmanların ilahi imtahandan keçmək üçün həqiqi şadlıq bayramı, təqva və saleh əməllərlə ucalıq yolunu qət etmiş, ilahi vüsala çatmış bəndələrin sevinc və səadət mövsümü adlandırıb.

Xarici İşlər naziri bu məktubunda Fitr bayramının bərəkəti ilə və İslam ölkələri arasında səylərin və daha sıx əməkdaşlığın sayəsində İslam xalqları üçün təhlükəsizliyin, rifahın və artan sülhün bərqərar olması, bütün dünyada zülm və bərabərsizliyin aradan qaldırılması, xüsusilə də məzlum Fələstin xalqına qarşı zülmün aradan qaldırılmasının səbəblərini təmin edə bilməyə ümidvarlıq ifadə edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .