8 aprel 2024 at 18:42
Jurnalist kodu: 5561
Xəbər kodu: 85439249
T T
0 Persons

Tags

Əmir Abdullahiyan: Sionist rejimə cavabımız və onun cəzalandırılması qətidir

Siyasi və parlament heyətinin müşayəti ilə Dəməşqə səfər etmiş İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Suriya Prezidenti Bəşər Əsədlə görüşüb və müzakirələr aparıb.

Əmir Abdullahiyan Bəşər Əsədin doktor Rəisi ilə telefon danışığı, Suriyanın Xarici İşlər naziri və bu ölkənin digər nazirləri və yüksək vəzifəli şəxslərinin İran səfirliyində olması və sionist rejimin son ağılsız hücumundan sonra Suriya hakimiyyətinin İranla həmrəylik nümayiş etdirməsinə görə minnətdarlıq edib və bunu yüksək qiymətləndirib.

Xarici İşlər naziri vurğulayıb: “Sionist rejimə cavabımız və onun cəzalandırılması qətidir.”

Əmir Abdullahiyan Qəzzədəki vəziyyətə, HƏMAS və İslami Cihad hərəkatlarının baş katiblərinin İrana son səfərlərinə toxunaraq əlavə edib: “Müxtəlif məlumat və xəbərlər sionist rejim daxilində ciddi qarışıqlıq, misli görünməmiş parçalanma və fikir ayrılıqlarına işarə edir. Əks nöqtədə müqavimət çox yaxşı vəziyyətdədir və sionist rejimin təcavüzü qarşısında duruşu davam etməyə hazırdır. Baxmayaraq ki, Qəzzə zolağında və İordan çayının qərb sahilində məzlum Fələstin xalqına qarşı vəhşi müharibə cinayətləri və mühasirənin davam etməsi səbəbindən insani vəziyyət beynəlxalq ictimaiyyətin diqqətini və təcili tədbir görməsini tələb edir.”
 

0 Persons

Sizin rəyiniz

You are replying to: .