Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Ankarada jurnalistlərə açıqlamasında deyib: “Biz İsrailə qarşı bir sıra ehtiyat tədbirləri qəbul etmişik.”
Hakan Fidan bununla bağlı deyib: “İsrailə qarşı bir sıra yeni addımlar atmağa qərar verdik. Ölkəmizin Prezidenti tərəfindən təsdiq edilmiş bu tədbirlər təxirə salınmadan mərhələli şəkildə həyata keçiriləcəkdir. Bu vəziyyət müvafiq qurumlarımız tərəfindən ictimaiyyətlə paylaşılacaq. Bu hərəkətlər İsrail atəşkəs elan edənə və humanitar yardım Qəzzəyə fasiləsiz çatana qədər davam edəcək.”
Türkiyədə bəzi siyasi partiyaların və Fələstini dəstəkləyən gənclərin Ankaranın sionist rejimlə ticarət əlaqələrinə geniş etirazlarından sonra Ərdoğan hökuməti nəhayət, tənqidçilərin və etirazçıların fəryadını müəyyən dərəcədə susdura biləcək addım atdı, amma fakt budur ki, Ankaranın yeni addımı ticarət və siyasi münasibətləri kəsmək deyil, işğal olunmuş ərazilərə ixrac mallarını məhdudlaşdırmaqdır.
Türkiyəli siyasi ekspertlərin fikrincə, Ərdoğan hökuməti Qəzzədə sionist rejimin son bir neçə ayda törətdiyi cinayətlərinə qarşı müxtəlif daxili və xarici təsirləri olan ikili siyasət yürüdür.
Türkiyənin Ticarət nazirliyi Qəzzədə atəşkəs elan olunana qədər 54 qrup malın sionist rejimin nəzarətində olan limanlara ixracının məhdudlaşdırılacağını açıqlayıb.
Sizin rəyiniz