Sionist rejimin “İsrail Hayom” qəzeti xəbər verib ki, İsrailin müharibə nazirliyinin saytı kiberhücuma məruz qalıb və bu, hərbi məlumatların sızması ilə bağlı narahatlıq doğurub.
Qəzetin yazdığına görə, hakerlər sionist rejimin müharibə nazirliyinin kompüter sistemlərini sındıraraq həssas məlumatlar əldə etdiklərini, 500 fələstinli təhlükəsizlik əsirinin sionist rejimin həbsxanalarından azad edilməsini tələb etdiklərini açıqlayıblar.
Bundan əvvəl “Net hunter” adlı haker qrupu sionist rejimin müharibə nazirliyinin saytına kiberhücum həyata keçirdiyini bildirmişdi.
Sizin rəyiniz