Yəmən Ənsarullah Hərəkatının lideri Əbdülməlik Bədrəddin əl-Husi Fitr bayramı münasibəti ilə müraciətində deyib: “Fitr bayramı müsəlmanlar və qohumlar arasında qardaşlıq və sevgi bağlarını genişləndirmək üçün bir fürsətdir.”
O, əlavə edib: “Qəzzədə mücahidlər orucun fəzilətini saleh əməl və cihadla birləşdirdilər. Onlar müqəddəs döyüşdə və ən şərəfli meydanlarda Allahın və bəşəriyyətin düşmənləri ilə vuruşurlar.”
Əl-Husi çıxışının davamında deyib: “Biz, Qəzzədə cinayətlərini davam etdirmək üçün Yəmənə hücum etmiş işğalçı sionist düşmənlə müharibədə, Amerika və İngiltərəyə qarşı cihaddayıq.”
Ənsarullah lideri deyib: “Allahın verdiyi tofiqlərdən biri də bu oldu ki, xalqımız Fələstin xalqına yardım etməkdə və cihad bayrağını qaldırmaqda pay sahibi oldu, Allahın və bəşəriyyətin düşmənlərinə qarşı döyüşə girdi.”
Sizin rəyiniz