12 aprel 2024 at 13:37
Jurnalist kodu: 5487
Xəbər kodu: 85441929
T T
0 Persons

Tags

Sionist işğalçıların Qəzzəyə hücumunda ən azı 25 fələstinli şəhid olub

Tehran - İRNA - Xəbər mənbələri sionist rejimin Qəzzəyə son hücumları zamanı bu zolaqda ən azı 25 fələstinlinin şəhid olması barədə məlumat verib.

Sionist rejimin Qəzzə zolağına təcavüzünün davamında bu rejim qüvvələri Qəzzənin Əl-Dərc bölgəsindəki Əl-Sədra kəndində Əl-Tabatibi ailəsinə məxsus evi bombalayıb, nəticədə azı 25 nəfər şəhid olub.

İşğalçıların qaçqınların sığındığı Əl-Nəsirat düşərgəsindəki məktəbə hava hücumu nəticəsində də çoxlu sayda insan yaralanıb.

İşğalçılar Əl-Nəsirat düşərgəsinin şimalını da hədəfə alıblar.

Fələstin Səhiyyə Nazirliyinin son açıqlamasına əsasən, sionist rejimin oktyabrın 7-dən Qəzzə zolağına hücumları nəticəsində şəhid olanların sayı 33 min 545 nəfərə, yaralıların sayı isə 76 min 94 nəfərə çatıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .