Fələstin Mücahidləri Hərəkatı yaydığı bəyanatda bütün fələstinli qrupları və silah daşımağa qadir olan bütün fələstinliləri sionist düşmənlə qarşıdurmanı gücləndirməyə çağırıb.
Hərəkatın bəyanatında qeyd olunur ki, sionist mühacirlərin ifrat sionist kabinetinin dəstəyi ilə təcavüzü bu rejimin Qəzzə zolağına qarşı qəddar təcavüzünün davamı və fələstinlilərin köçürülməsi planının tamamlanması istiqamətindədir.
Bu hərəkat beynəlxalq ictimaiyyətin sükutunu və sionist rejimin təcavüzü qarşısında acizliyini pisləyərək bildirib ki, Amerika hökuməti və onun qərbli müttəfiqləri sionist mühacirlərin İordan çayının qərb sahilinin şəhər və kəndlərinin sakinlərinə qarşı cinayətlərinə görə məsuliyyət daşıyırlar.
Fələstin Mücahidləri Hərəkatı vurğulayıb: “İordan çayının qərb sahili, Qüds və 1948-ci ildə işğal olunmuş ərazilərin sakinlərinin vəzifəsi sionist rejimin vəhşiliyi ilə qarşılaşmaq üçün hərtərəfli intifadənin alovunu şölələndirməkdir. Çünki yalnız müqavimət bu qatillərin bədənlərini sarsıdır.”
Fələstin Mücahidləri Hərəkatı “hərtərəfli” intifadanın başlanmasına çağırış edib
13 aprel 2024 at 21:29
Xəbər kodu:
85443190
Tehran - İRNA - Fələstin Mücahidləri Hərəkatı sionist rejim və mühacirlərin təcavüzlərinə cavab olaraq bu gün (şənbə) bu təcavüzlərlə mübarizə üçün hərtərəfli intifadanın başlanmasına çağırış edib.
Sizin rəyiniz