CNN adını çəkmədən ABŞ hökumətinin yüksək rütbəli rəsmisinə istinad edərək, Co Baydenin bir neçə saat əvvəl Benyamin Netanyahu ilə telefon danışığında onunla açıq şəkildə bu məsələni qaldırdığını bildirib.
Bayden bir daha Amerikanın İsraili dəstəkləmək öhdəliyini vurğulasa da, İran İslam Respublikasının sionist rejimə qarşı raket və PUA hücumundan sonra Amerikanın İsrailin İrana qarşı mümkün hərəkətində iştirak etməyəcəyi barədə bəyanatı düşündürücüdür.
İran İslam Respublikasının hərbi rəsmiləri sionist rejimə qarşı kütləvi raket və PUA hücumundan əvvəl Amerikaya xəbərdarlıq etmişdilər ki, Amerikanın bu müharibəyə hər hansı müdaxiləsi ölkənin müxtəlif yerlərdəki mövqe və bazalarının hədəfə alınmasına səbəb ola bilər.
Sizin rəyiniz