14 aprel 2024 at 15:18
Jurnalist kodu: 5487
Xəbər kodu: 85444234
T T
0 Persons

Tags

Qərb analitiki: İran İsrailə hücumda beynəlxalq qanunlara uyğun hərəkət etdi

Tehran - İRNA - Qərb analitiklərdən biri sionist rejimin Dəməşqdəki İran konsulluğuna hücumu və Tehranın bu rejimə qarşılıqlı cavabına Qərbin ikili siyasətini təhlil edərək yazıb: “Qərb siyasətçiləri beynəlxalq hüququ məhv edirlər.”

Benjamin Nurtun bu səhər qisas əməliyyatına aparan hadisələri təhlil edərək yazıb: “İranın hücumunu pisləyən və bu ölkəni təcavüzkar kimi göstərmək istəyən Qərb hökumətləri çox mühüm faktları asanlıqla gizlədirlər. Bu faktlar ondan ibarətdir ki, əslində İran özünü müdafiə etmək məqsədilə hərəkətə keçdi və yalnız Suriyadakı səfirliyi İsrail tərəfindən bombalandıqdan və bir neçə yüksək rütbəli hərbçisi öldürüldükdən sonra İsrailə hücum etdi.”

“Geopolitical Economy Report” saytının redaktoru əlavə edib: “Əslində Amerikanın dəstəyi ilə bu müharibəyə başlayan İsraildir. İran, Tehrana açıq şəkildə cavab vermək və özünü müdafiə etmək imkanı verən beynəlxalq qanunlara riayət edib. Qərb dövlətləri təcavüzkar İsraili qurban kimi göstərməyə çalışırlar. Aprelin 4-də İsrailin İran səfirliyinə hücumundan üç gün sonra ABŞ, İngiltərə və Fransanın BMT Təhlükəsizlik Şurasında onun qınanmasının qarşısını aldığını xatırladıqda, bu ikiüzlülük və ikili standartlar daha qabarıq şəkildə büruzə verir.”

Nurtun təhlilinin davamında bildirib: “BMT-nin Nizamnaməsinin 51-ci maddəsində açıq şəkildə göstərilir ki, İranın da bu təşkilatın üzvü olduğu Birləşmiş Millətlər Təşkilatının üzvünə silahlı hücum olarsa, bu üzv özünü müdafiə etmək hüququna malikdir. 51-ci maddədə həmçinin qeyd olunur ki, Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyi qorumaq üçün lazımi tədbirlər görməlidir. İranın beynəlxalq qanunlara əməl etdiyi gün kimi aydındır və beynəlxalq qanunları pozan İsrail, Amerika, İngiltərə və Fransadır.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .