15 aprel 2024 at 11:35
Jurnalist kodu: 5487
Xəbər kodu: 85445106
T T
0 Persons

Tags

Omanın baş müftisi: İranın cəsarətli cavabı sevindirici oldu

15 aprel 2024 at 11:35
Xəbər kodu: 85445106
Omanın baş müftisi: İranın cəsarətli cavabı sevindirici oldu

Tehran - İRNA - Oman Sultanlığının baş müftisi Şeyx Əhməd bin Həməd Əl-Xəlili bazar günü gecə İranın sionist rejimin cinayətinə haqq və qanuni cavabını yüksək qiymətləndirib və bunu şücaətli bir hərəkət kimi şərh edib və deyib: Bu addım sevincə səbəb oldu.

Şeyx Əhməd X sosial şəbəkəsindəki səhifəsində yazıb: Ümid edirəm ki, İranın bu hərəkəti tezliklə öz nəticəsini və bəhrəsini verəcək.

O əlavə etdi: Mən buradan bəyan edirəm ki, bu hərəkət və buna bənzər hərəkətlər təqdirəlayiqdir və ümid edirik ki, bu hərəkətlərlə İslam ümmətinin heybət və izzəti qorunacaqdır, çünki şərrin qarşısını almaq lazımdır və əgər onun (sionist rejimin) qarşısını almaq üçün bir tədbir görülməsə, hər yerə yayılacaq.

Əl-Xəlili həmçinin ümidvar olduğunu bildirib ki, İranın bu hərəkəti sionistlərə və onların bütün havadarlarına zərər verəcək, onların heybətini sındıracaq və hiylələrini özlərinə yönəldəcək və müsəlmanları onların şərindən azad edəcək.

0 Persons

Sizin rəyiniz

You are replying to: .