İRNA-nın bazar ertəsi verdiyi xəbərə görə, sionistlərin 12-ci kanalı aprelin 14-də (şənbə gecəsi) İranın sionist rejimə raket və PUA-larının tənbeh cavabı və bu rejimin nüvə obyektlərinin yerləşdiyi mühüm "Dimona" bölgəsi barədə reportajında bildirib: İranın hücumu gecəsi “Dimona”da 12 dəfə həyəcan təbili çalınıb.
Bu kanal əlavə edib: İranlılar hansı bölgələri hədəf almalı olduqlarını yaxşı anlayıblar.
İsrail rejimi rəsmisi İngiltərənin "Financial Times" qəzetinə bildirib: İrana məxsus PUA-lar İsrailin reaksiyasını yoxlamaq və onların müdafiə vasitələrinin yerlərini və marşrutlarını izləmək üçün hazırlanıb.
O, davam etdi: İran raketlərinin yaxınlaşması ilə baş nazir Binyamin Netanyahunun xüsusi təyyarəsi təhlükəsiz yer tapmaq üçün “Navatim” hava bazasından havaya qalxmalı oldu.
Sizin rəyiniz