15 aprel 2024 at 17:40
Jurnalist kodu: 5487
Xəbər kodu: 85445693
T T
0 Persons

Tags

Əmir Abdullahiyan: "Doğru Vəd" əməliyyatı Qərbi Asiyada güc balansının yeni tərifini verdi

Tehran - İRNA - Hüseyn Əmir Abdullahiyan İran Silahlı Qüvvələrinə təşəkkür edib, zəfərli “Doğru Vəd” əməliyyatını tanınmış “qanuni müdafiə” prinsipinə əsaslanan addım adlandıraraq bildirib: “Bu dəyərli və mürəkkəb əməliyyat Qərbi Asiya regionunda güc balansının yeni tərifini verdi və ölkəmizin Silahlı Qüvvələrinin çəkindirici gücünü İslamın və İranın düşmənlərinə sübut etdi.”

Əmir Abdullahiyan general-mayor Baqiri, general-mayor Səlami, general-mayor Musəvi və general-mayor Hacızadəyə yazdığı məktubda “Doğru Vəd” əməliyyatının planlaşdırılması və həyata keçirilməsi ilə bağlı öz təşəkkürünü bildirib, bunu “qanuni müdafiə” prinsipinə əsaslanan dəyərli və mürəkkəb addım hesab edib.

Əmir Abdullahiyanın ünvanladığı müraciətdə bildirilir: “Bu tədbir Qərbi Asiya regionunda güc balansının yeni tərifini verdi, ölkəmizin fədakar Silahlı Qüvvələrinin çəkindirici gücünü İslamın və əziz İranın əzəli düşmənlərinə sübut etdi.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .